Yemek Sergisi
Reseptlər və Mətbəx Dizaynı
Home » , » Rulon Paxlava Resepti

Rulon Paxlava Resepti

Written By Unknown on 21 Ocak 2016 Perşembe | 02:18

Tərkibi:
3 ədəd yumurta
50 qram kərə yağ
1 stəkan fındıq

1,5 stəkan qatıq
1 qaşıq alma sirkəsi
Nişasta
Un


Şərbəti üçün: 
1 ədəd limonun suyu
1 stəkan şəkər tozu
310 ml su


Hazırlanması:
Əvvəlcə, xəmiri hazırlamaq üçün qatıq, əridilmiş yağ və yumurtaları qarışdırırıq, un əlavə edib, xəmir yoğururuq.
Xəmiri hazır olduqdan sonra 30 dəqiqə istədiyimiz vəziyyətə gəlməsi üçün gözləyirik.

Hazırlamaq üçün fındıq dənələrini təqribən 70 dərəcə isidilmiş duxovkada 10 dəqiqə qovurub, fındıq ləpəsinin üzərindəki qabığı təmizləyirik və əzirik.

Daha sonra, yuxanı fırça vasitəsi ilə yüngül yağlayıb və üzərinə əzilmiş fındıq səpirik.

Daha sonra, yaydığımız yuxamızı incə oxlovaya sarırıq.

Növbəti dəfə isə, ikinci yuxanı yağlayır və onu da birinci yuxanın üzərindən sarırıq.

Bundan sonra yuxanı yanlardan ortaya doğru sıxır və alınan qırışlı bir yumru kütlənin içərisindən oxlovu ehtiyatla çıxarırıq.

Eyni qayda ilə yeni bir yuxa yağlayıb və üzərinə fındıq əzməsi səpib, oxlovaya sarırıq.


İkinci yuxanı da yağlayaraq birinciyə sarır və birinci qrupda olduğu kimi edirik.

Bu şəkildə bütün yuxaları rulon paxlava formasında büküb, oda davamlı şüşə qaba səliqə ilə yığırıq.

Duxovkaya qoymazdan əvvəl üzərini yüngül formada yağlayırıq. Daha sonra onu 170 dərəcə isidilmiş sobada 45 dəqiqə (və ya üzəri qızarana qədər) bişiririk.


Şərbəti hazırlamaq üçün bir qazana şəkər, su və limonun suyu əlavə edilir və 10 dəqiqə qaynadılır.

Rulonları hazır olub soyuduqdan sonra bıçaqla düzgün bir şəkildə doğrayır və

rulonların üzərinə bərabər şəkildə olmaq şərti ilə tökülür.

Şərbəti çəkməsi üçün yarım saat gözləyirik. Daha sonra s
üfrəyə verə bilərsiniz.

Yemek Sergisi (Video Resept Üçün Bu Linkə Keçin). 




SHARE

About Unknown

0 yorum :

Yorum Gönder