16 Şubat 2016 Salı

Tantuni Resepti

Tərkibi.
600-700 gram bifşteks (tikə) ət və ya quzu qol əti,
1 çay stəkanı maye yağ,
5 ədəd xırda soğan
Qırmızı toz bibər,
İsti Su və Duz.
İçi Üçün.
2-3 ədəd quru soğan,
Cəfəri,
Pomidor,
Sumax və Duz.

Hazırlanması.
İlk əvvəl ətimizi soyuducunun buzxanasına qoyur və tam donduqdan sonra, çıxararaq nərd zərləri böyüklüyündə kub şəklində doğrayırıq. Daha sonra əti, tavaya qoyaraq bir az bişirir və daha sonra xırda soğanların hər birini doğrayaraq əlavə edirik. Soğanlar bişib tam yoxa çlxandan sonra duz və qırmızı istiotu əlavə edirik.

Daha sonra içliyimizi hazırlamaq üçün soğanları halqa şəklində, pomidorları kub şəklində doğrayıb, doğranmış cəfri və sumağımızı da hazır edirik. Daha sonra bişmiş ətlərimizi lavaşa qədərincə düzür və içliyimizi də əlavə edirik. Üzərinə duz, qırmızı bibər də qoyaraq daha da ləzzətli hala gətiririk. Sonra lavaşımızı dürmək formasında bükərək isti halda süfrəyə veririk. Nuş Olsun.....



Hiç yorum yok:

Yorum Gönder