21 Ocak 2016 Perşembe

Şaurma Resepti

Tərkibi.
Lavaş (yuxa)
İçi üçün:
Toyuq əti,
Qızarmış kartof,
Xiyar turşusu,
Yodlu xörək duzu, 
İstiot.

Sarımsaqlı sous üçün:
Xama,
Mayonez,
Sarımsaq.



Hazırlanması.
İlk əvvəl, Toyuq ətin doğrayıb tavaya tökürük. Üzərinə su əlavə edib, suyu quruyana qədər bişiririk. Sonra, üzərinə duz, istiot əlavə edirik.
Daha sonra isə,kartofu doğrayıb duru yağda qızardırıq.
İstifadə edəcəyimiz xiyarları da uzunsov doğramaq daha məqsədə uyğun olacaqdır.
Sousu hazırlamaq üçün isə, xama və mayonezi qarışdırıb 2-3 diş sarımsağı sürtgəcdən keçirərək qarışığa qatırıq.
Lavaşın içinə sous gəzdirib, üzərinə toyuq əti, kartof qızartması və xiyar əlavə edirik.

Dha sonra, rulet kimi bükürük, presləmək üçün tosterə qoyuruq. Şaurmamızın hazır olması üçün 7-8 dəqiqə gərəkəcəkdir. Nuş Olsun. 

Yemek Sergisi (Video Resept Üçün Bu Linkə Keçin). 

Hiç yorum yok:

Yorum Gönder