21 Ocak 2016 Perşembe

Sobada Mixəkli Balıq Resepti

Tərkibi:
Su – 500 ml (2 stəkan).

Cəfəri – 1 dəstə.
Mixək – 2 diş.
Yağ – 75 ml (5 xörək qaşığı).
Balıq ( dilimlənmiş) – 1 kq.
Baş soğan (xırda doğranmış) – 300 qr.
Pomidor ( doğranmış) – 300 qr.
Limon suyu – 2,5 xörək qaşığı.
Duz – zövqə görə.
İstiot zövqə görə

Hazırlanması.

Fırın 170 dərəcəyə qədər qızıdırılır. Bir qabda cəfəri və mixək 2 stəkan suyla, suyun yarısı qalana qədər qaynadılıb süzülür, yağ əlavə edilib, qarışdırılır. Balıq dilimləri bir tavaya düzülür, doğranmış soğan və pomidorlar balıöın üzərinə tökülür. Cəfəri yağ qatışığı balıq dilimlərinin üzərinə gəzdirilir, duz, istiot vurulur və limon suyu tökülür. Balıq fırında 10-12 dəqiqə bişirilir. Ümumi olaraq yeməyimizin hazırlanma vaxtı 40-50 dəqiqə vaxt alacaqdır və resept 4-6 nəfər üçün nəzərdə tutulmuşdur. 

Yemek Sergisi (Video Resept Üçün Bu Linkə Keçin). 


Hiç yorum yok:

Yorum Gönder