14 Şubat 2016 Pazar

Xəşil Resepti

Tərkibi.
1 stəkan un,
3 stəkan qaynadılmış su,
İki çimdik duz.

Üzəri üçün.
Şəkər tozu,
Bəhməz (doşab),
Ərinmiş kərə yağı.

Hazırlanması.
İlk əvvəl qazana bir qədər suyu qoyaraq, üzərinə duzu əlavə edib qarışdırırıq. Daha sonra, ələnmiş unu da əlavə edib yaxşıca çalırıq və düyünlərin qalmamasına fikir veririk. Sonra isə, qazın üzərinə qoyaraq vam odda qarışdıra-qarışdıra bişiririk. Yavaş-yavaş qatılaşan yeməyimizi, təxminən 5 dəqiqə də bişirir və oddan götürürük. Daha sonra yeməyimizi dərin boşqaba əlavə edərək, ortasını çuxurlaşdırır və bəhməz (ərinmiz yağ da ola bilər) tökürük. Üzərinə isə, yenə bəhməz, yağ və şəkər tozu əlavə edirik. Şəkər tozu əvəzinə baldan da istifadə edə bilərsiniz. Nuş Olsun.......



Hiç yorum yok:

Yorum Gönder