Xəmirin
tərkibi.
500 qr. un,
1 yemək qaşığı quru maya,
1.5 su stəkanı
su,
Duz,
İçlik Üçün
Ədviyyatlar.
500 qr. qiymə,
2 ədəd soğan,
2 ədəd dənəcikləri çıxarılmış pomidor,
Yarım dəstə cəfəri,
1 xörək qaşığı bibər tomatı,
Duz, İstiot və Zeytun Yağı.
Üzəri Üçün Yumurta Sarısı.
Xəmirin
Hazırlanması.
Əvvəlcə mayanı ilıq su olan stəkanda əridirik. Sonra
unu geniş bir qaba töküb, maya və duzu əlavə edərək ələ yapışmayan xəmir əldə
edilənə qədər yoğururuq. Xəmirin üzərini qapayaraq qabarması üçün təxminən 1
saat otaq temperatorunda gözlədirik.
İçliyin
Hazırlanması Üçün.
İlk əvvəl soğanı incə-incə doğrayaraq, duru yağda
qovururuq. Daha sonra qovrulmuş soğanların üzərinə qiymə və tomatı da əlavə
edərək qovurmağa davam edirik. Bir tur çevirdikdən sonra, pomidor, duz və
istiotu da əlavə edirik. Qarışımımız qovrulmağa davam edərkən biz cəfərini
incə-incə doğrayaraq qovrulan qarışımımızın üzərinə tökür və ocaqdan götürürük.
Daha sonra qiyməmizi boşqab böyüklüyündə yaydığımız xəmirin ortasına qədərincə
qoyaraq, qapayırıq.
Hazırlanması.
Ən sonda isə, içərsində qarışımımız olan xəmirin
üzərinə yumurta sarısını sürtərək 180 dərəcə qızdırılmış sobaya qoyuruq.
Bişməsi 30-35 dəqiqə vaxtınızı alacaq.
(Video Resept Üçün Aşağıdakı Linkə Keçin).
Video Resept.
0 yorum :
Yorum Gönder