Yemek Sergisi
Reseptlər və Mətbəx Dizaynı

Qoz Peçenyesi

Written By Unknown on 7 Şubat 2016 Pazar | 04:23

Tərkibi.
Üç ədəd yumurta,
250 qram  şəkər tozu,
200 qram marqarin,
1 çimdik duz,
2 stəkan un,           
1 çay qaşığı qabartma tozu.

İçlik üçün.
    1-2  banka qaynadılmış qatılaşdırılmış süd,
       Qoz ləpəsi (istəyə görə).
Hazırlanması.
Hazırlamaq üçün əvvəlcə yumurtaları şəkər tozu ilə çalırıq və marqarinləri əridib, otaq temperaturunda soyuduruq. Sonra soyutduğunuz marqarini yumurtalı, şəkərli qarışığa əlavə edirik. Daha sonra, marqarin, yumurta və qoz qarışığına duz, un, qabartma tozu əlavə edib, yaxşıca qarışdırıq. Bu əməliyyatdan sonra xəmirimiz hazır olacaqdır.

Sonra isə, xəmirimizi soyuducuya qoyaraq gözlədirik və qoz peçenyesi qəlibinin hər iki tərəfinin içərisini bitki yağı ilə yağlayıb, Xəmiri soyuducudan çıxardırıq. Təxminən xəmirdən qoz qəlibindəki yuvacıqların içinə yerləşəcək qədər (çay qaşığı qədər) hissələr qoparıb yuvacıqları doldururuq. Doldurduğumuz formanın (yuvacıqlar olan qoz qəlibi) qapağını bağlayıb bişiririk. Bişməsi 2-3 dəqiqə vaxt alacaqdır. Daha sonra,içliyi hazırlayırıq. Bunun üçün qatılaşdırılmış süd hazırlayırıq. Əvvəlcə qatılaşdırılmış südü qaynadırıq və qoz ləpəsini əzirik. Sonra, qatılaşdırılmış südlə qozu qarışdırırıq və qəliblərlə hazırlanmış peçenyənin içinə doldururuq. İçi doldurulmuş qoz peçenyəlrinin üzərini digər qoz peçenyəsi ilə qapayırıq. Qəlibdən kənarları səliqəsiz çıxmış qozarın kənarlarını səliqəli şkildə kəsməyiniz peçenyəmizə estetik gözəllik verəcəkdir. Qoz peçenyəmiz hazırdır. Nuş Olsun.....


SHARE

About Unknown

0 yorum :

Yorum Gönder