Tərkibi.
500 ml süd,
150 qr. şəkər tozu,
100 qr. kərə yağı,
150 qram ağ yaxud da qara kişmiş,
2 çay qaşığı toz-maya,
6 stəkandan bir qədər
az un,
Bir çimdik duz,
1 yumurta və 2-ci yumurtanın
ağı,(yumurtalardan digərinin sarısını bulkaların üstü üçün ayırırıq).
Hazırlanması.
Südü ilıq şəkildə isidirik. Sonra, üzərinə şəkər tozunu əlavə edib
qarışdırıq və toz mayanı da əlavə edərək qarışdırmağa davam edirik. Kərə yağını əridib soyuması üçün gözlədirik. Kişmişi yuyub suyunu süzür və ləyənə 4 stəkan un ələyirik. Duz, maya və şəkər qarışımlı süd, əridilmiş yağ və yumurtaları da əlavə edib qarışdırırıq. Üzərinə qalan unu da hissə-hissə
əlavə edib xəmir yoğururuq.
Daha sonra, kişmişi da əlavə edib
yoğurmağa davam edirik. Sonra isə, yoğurduğumuz xəmiri içərsinə yağ gəzdirdiyimiz
ləyənin içinə qoyaraq qabarması üçün gözləyirik. Bu təxminən 2 saata yaxın
vaxtınızı alacaq. Daha sonra xəmirdən balaca kündələr kəsərək perqament kağız sərilmiş ya da yağlanmış ləyənə
düzürük. Sonra kündələrin üzərini örtərək 25-30 dəqiqə gözləyirik.
Növbədə işimiz isə, ikinci
yumurtamızın sarısını bir-iki çay qaşığı südlə qarışdıraraq kündələrin üzərinə çəkməkdir.
Sobanı 190 dərəcədə qızdıraraq, bulkanı üzəri qızaranadək bişiririk. Bu 20-25 dəqiqə
vaxt alacaqdır. Reseptimizdən təxminən 15-18 kündə çıxacaqdır.Nuş Olsun.....
(Video Resept Üçün Aşağıdakı Linkə Keçin).
0 yorum :
Yorum Gönder