Sütlaç.
Tərkibi.
5 stəkan süd,
1 stəkan şəkər tozu,
Yarım stəkan düyü,
1 xörək qaşığı nişasta,
2 stəkan su.
Hazırlanması.
İlk əvvəl düyünü təmizləyib, yuyaraq bişiririk.
Suyu çəkildikdə südün 1/3-ni əlavə edirik. Daha sonra süd qaynayanadək durmadan
qarışdırırıq.
Sonra isə düyü ilə birlikdə qaynayan südün üzərinə əvvəlcə
şəkər tozu və vanili əlavə edərək 5 dəqiqə qədər bişirməyə davam edirik. Bunun
ardınca 2/3-ni saxladığımız südə nişasta əlavə edərək çalırıq. Sonra isə
nişastalı südü yavaş-yavaş qazana əlavə edərək 5-10 dəqiqə bişirir və qablara
tökərək soba sinisinə düzürük. Daha sonra isə soba sinisinə qabların ortasına
çıxacaq qədər su əlavə edirik. 180-200 dərəcə qızdırılmış sobada üzəri
qızaranadək bişiririk. Soyuq halda süfrəyə verilməsi daha yaxşı nəticə verəcəkdir. Nuş Olsun........
(Video Resept Üçün Aşağıdakı Linkə Keçin).
Video Resept.
0 yorum :
Yorum Gönder