Tərkibi.
Lavaş
(yuxa)
İçi üçün:
Toyuq əti,
Qızarmış kartof,
Xiyar
turşusu,
Yodlu xörək
duzu,
İstiot.
Sarımsaqlı
sous üçün:
Xama,
Mayonez,
Sarımsaq.
Hazırlanması.
İlk
əvvəl, Toyuq ətin doğrayıb tavaya tökürük. Üzərinə su əlavə edib, suyu quruyana
qədər bişiririk. Sonra, üzərinə duz, istiot əlavə edirik.
Daha
sonra isə,kartofu doğrayıb duru yağda qızardırıq.
İstifadə edəcəyimiz xiyarları da
uzunsov doğramaq daha məqsədə uyğun olacaqdır.
Sousu hazırlamaq üçün
isə, xama və mayonezi qarışdırıb 2-3 diş
sarımsağı sürtgəcdən keçirərək qarışığa qatırıq.
Lavaşın
içinə sous gəzdirib, üzərinə toyuq əti, kartof qızartması və xiyar əlavə edirik.
Dha sonra, rulet kimi bükürük, presləmək üçün tosterə qoyuruq. Şaurmamızın hazır
olması üçün 7-8 dəqiqə gərəkəcəkdir. Nuş Olsun.
Yemek Sergisi (Video Resept Üçün Bu Linkə Keçin).
0 yorum :
Yorum Gönder