Tərkibi.
600-700
gram bifşteks (tikə) ət və ya quzu qol əti,
1
çay stəkanı maye yağ,
5
ədəd xırda soğan
Qırmızı
toz bibər,
İsti
Su və Duz.
İçi Üçün.
2-3
ədəd quru soğan,
Cəfəri,
Pomidor,
Sumax
və Duz.
Hazırlanması.
İlk
əvvəl ətimizi soyuducunun buzxanasına qoyur və tam donduqdan sonra, çıxararaq nərd
zərləri böyüklüyündə kub şəklində doğrayırıq. Daha sonra əti, tavaya qoyaraq
bir az bişirir və daha sonra xırda soğanların hər birini doğrayaraq əlavə
edirik. Soğanlar bişib tam yoxa çlxandan sonra duz və qırmızı istiotu əlavə
edirik.
Daha
sonra içliyimizi hazırlamaq üçün soğanları halqa şəklində, pomidorları kub şəklində
doğrayıb, doğranmış cəfri və sumağımızı da hazır edirik. Daha sonra bişmiş ətlərimizi
lavaşa qədərincə düzür və içliyimizi də əlavə edirik. Üzərinə duz, qırmızı bibər
də qoyaraq daha da ləzzətli hala gətiririk. Sonra lavaşımızı dürmək formasında
bükərək isti halda süfrəyə veririk. Nuş Olsun.....
0 yorum :
Yorum Gönder