Tərkibi.
1
poket makaron,
250
qr. qədər pendir,
1
stəkan süd,
Kərə
yağı,
Duru
yağ,
3
ədəd yumurta,
½
stəkan rəndələnmiş kaşar,
Duz,
istiot,
Çox
az qırmızı pul bibər,
Cəfəri
(istəyə bağlı).
Üzəri üçün.
Bir
poket krem.
Hazırlanması.
Qazana
su əlavə edib qaynadır və içinə 2 damla maye yağ damcıladıb, duz vururuq. Sonra
makaronu qaynar suya atıb qaynadır və suyunu süzüb bir az gözləyirik. Daha
sonra bir qabın içinə yumurtaları, ağ pendiri, südü, duzu, istiotu, qırmızı pul
bibər qoyub yaxşıca qarışdırırıq.
Sonra
qarışımın içinə makaronları əlavə edir və qarışdırır və teflon bir
qabı yağlayaraq makaronlu qarışımı içinə əlavə edirik. Daha sonra kremi
makaronlu qarışımın üzərinə çəkir və əvvəlcədən 190 dərəcədə qızdırılmış sobada
30-35 dəqiqə üzəri yüngün qızaranadək bişiririk. Azca qızarmış
makaronun üzərinə rəndələnmiş kaşar pendirini səpir və 5 dəqiqə daha
bişiririk. 5 dəqiqədən sonra reseptimiz hazır olacaqdır. Nuş Olsun......
(Video Resept Üçün Aşağıdakı Linkə Keçin).
(Video Resept Üçün Aşağıdakı Linkə Keçin).
0 yorum :
Yorum Gönder