Yemek Sergisi
Reseptlər və Mətbəx Dizaynı
Home » , » Yanardağ Kökə Resepti

Yanardağ Kökə Resepti

Written By Unknown on 5 Şubat 2016 Cuma | 06:29

Tərkibi.
1 poket Marqarin yağ,
1 stəkan dudra şəkər,
1 stəkan nişasta,
1 çay stəkanı duru yağ,
1/2 poket qabartma tozu,
Aldığı qədər un,

Üzəri üçün.
Pudra Şəkər,
Meşə meyvəli sos yaxud da mürəbbə, cem (hazır meyvə soslarından da istəfadə edə bilərsiniz).
Hazırlanması.
Marqarin, nişasta, pudra şəkər, duru yağ və qabartma tozunu birlikdə bir qabın içində qarışdırırıq. Sonra unu yavaş-yavaş əlavə edərək uyğun hal alana qədər (ələ yapışmayan və yumuşaq)  yoğururuq. Xəmirimiz yumuşaq hal aldıqdan sonra, 15-20 dəqiqə qədər soyuducuda gözlədirik.Daha sonra xəmirimizdən parçalar qopararaq təxminən qoz böyüklüyündə kündələr düzəldirik. Sonra, kündələrimizi soba sinisinə düzür və üzərinə şəkildəki kimi yarıqlar çəkirik. Daha sonra kündələri 180 dərəcə qızdırılmış sobaya daxil edir və üzəri çox az hiss ediləcək qədər qızaranadək bişiririk.

Sobadan aldıqdan sonra, kökələrimizin üzərində açdığımız yarıqlara meyvəli sos, mürəbbə v.s. əlavə edərək süfrəyə veririk. Nuş Olsun......

SHARE

About Unknown

0 yorum :

Yorum Gönder