Tərkibi.
1 stəkan
un,
3 stəkan
qaynadılmış su,
İki
çimdik duz.
Üzəri
üçün.
Şəkər
tozu,
Bəhməz
(doşab),
Ərinmiş
kərə yağı.
Hazırlanması.
İlk əvvəl
qazana bir qədər suyu qoyaraq, üzərinə duzu əlavə edib qarışdırırıq. Daha
sonra, ələnmiş unu da əlavə edib yaxşıca çalırıq və düyünlərin qalmamasına
fikir veririk. Sonra isə, qazın üzərinə qoyaraq vam odda qarışdıra-qarışdıra
bişiririk. Yavaş-yavaş qatılaşan yeməyimizi, təxminən 5 dəqiqə də bişirir və
oddan götürürük. Daha sonra yeməyimizi dərin boşqaba əlavə edərək, ortasını
çuxurlaşdırır və bəhməz (ərinmiz yağ da ola bilər) tökürük. Üzərinə isə, yenə
bəhməz, yağ və şəkər tozu əlavə edirik. Şəkər tozu əvəzinə baldan da istifadə
edə bilərsiniz. Nuş Olsun.......
0 yorum :
Yorum Gönder