Yemek Sergisi
Reseptlər və Mətbəx Dizaynı
Home » , » Şaftalı Şirniyyatı Resepti

Şaftalı Şirniyyatı Resepti

Written By Unknown on 30 Ocak 2016 Cumartesi | 11:13

Xəmir üçün.
2 ədəd yumurta,
1 stəkan pudra şəkər,
250 qr. kərə yağı,
Yarım stəkan xama və ya qatıq,
1 poket vanil və qabartma tozu.
Krem.
200 qr. kərə yağı,
1 banka qatılaşdırılmış süd,
Arası üçün qoz ləpəsi,
Şaftalı rəngini əldə etmək üçün sarı və qırmızı rəngləndirici.

Hazırlanması.
İlk öncə ələ yapışan xəmir yoğururuq və soyuducuya qoyuruq. Daha sonra xəmir əlin işində yumurulanaraq bir tərəfindən barmaqla basılaraq (saftalının bir tərəfinin formasını əldə etmək üçün). Sonra basıq tərəf aşağıya olmaq şərti ilə sobaya düzür və 150 dərəcə qızdırılmış sobada bişiririk. Üzərinin qızarmaması üçün diqqət edirirk.

Sobadan çıxardıqdan sonra soyumasını gözləyir və soyuduqdan sonra yastı tərəfinə krem və qoz qoyub digər yastı tərəflə yapışdırırıq. Növbədə isə görünüş üçün pambığın bir tərəfinə sarı, digər tərəfinə isə qırmızıya batıraraq rəngləyirik və üzərinə şəkər tozu əlavə edirirk. Daha təbii olsun deyə yarpaq əvəzinə nanədən istifadə edə bilərsiniz. Nuş Olsun........
(Video Resept Üçün Aşağıdakı Linkə Keçin).

(Video Resept Üçün Aşağıdakı Linkə Keçin).

SHARE

About Unknown

0 yorum :

Yorum Gönder