Yemek Sergisi
Reseptlər və Mətbəx Dizaynı
Home » , , » Kartoflu Burma Qoğal (börək)

Kartoflu Burma Qoğal (börək)

Written By Unknown on 28 Ocak 2016 Perşembe | 03:48

Tərkibi.

250 qr. ev temperatorunda marqarin,
0.5 yemək qaşığı toz şəkər,
1 stəkan ilıq süd,
1 poket yaş maya,
i ədəd yumurta,
1 çay qaşığı duz,
alabildiyi qədər un.


Üzəri üçün.

Yumurta sarısı,
Küncüt.

İçlik.

İki ədəd ortaboy soğan,
4 ədəd ortaboy kartof,
5 yemək qaşığı zeytun yağı,
1 yemək qaşığı kərə yağı,
Qarabibər və duz.

Hazırlanması. 

Qarışdırma qabına bir qaşıq yaş maya, bir çay qaşığı duz, yarım yemək qaşığı şəkət tozu və üzərinə bir stəkan süd əlavə edərək yoğururuq. Sonra, bir ədəd yumurta, 250 qram marqarin və az-az un əlavə edərək ələ yapışmayan xəmir əldə edilənə qədər yoğururuq. Bu əməliyyat bitdikdən sonra, otaq temperatorunda 30-40 dəqiqə qabarması üçün gözləyirik.

Reseptimizin içliyi üçün, 4 ədəd ayırdığımız kartofu suda qaynadaraq dilimləyərək əzirik. Bundan əlavə, 2 ədəd ayırdığımız ortaboy soğanı incə-incə doğrayırıq. 5 yemək qaşıığı zeytun yağı və bir yemək qaşığı kərə yağı əlavə edilmiş tavaya doğranmış soğanları əlavə edərək azca qovururuq. Soğanlar qovrulduqdan sonra, kartofu duzu və istiotu da tavaya əlavə edərək bir az qarışdırır və ocaqdan götürərək soyumasını gözləyirik.

Sonra hazırladığımız xəmirdən parçalar (uygun böyüklükdə) ayıraraq oflovla normal qalınlıqda (çox nazik və çox qalın olmayacaq) yayırıq. Daha sonra istəyimizə uyğun böyüklükdə üçbucaqlar kəsərək, içliyimizi onun kənarına yerləşdirir və sarırıq. Sonra isə sardığımız qoğalların üzərinə yumurta sarısı və küncüt səpərək 190 dərəcə qızdırılmış sobaya qoyuruq. Üzəri qızaranadək bişiririk.  Nuş Olsun......


(Video Resept Üçün Aşağıdakı Linkə Keçin).







SHARE

About Unknown

0 yorum :

Yorum Gönder