Yemek Sergisi
Reseptlər və Mətbəx Dizaynı

Gavalı Piroqu

Written By Unknown on 15 Şubat 2016 Pazartesi | 10:51

Gavalı pirogu
Tərkibi.
130 q şəkər tozu,
100 q kərə yağı,
6 xörək qaşığı süd,
150 qram un,
10 gavalı,
1 yumurta,
0,5 çay qaşığı vanil cövhəri,
1 çay qaşığı qabartma tozu,
Çay qaşığının ucunda duz,
0,5 çay qaşığı darçın.

Hazırlanması.

İlk əvvəl unu qabartma tozu və duzla ələyir və blender qabına un, 2 xörək qaşığı şəkər tozu, yağın yarısını qoyub qarışdırırıq.
Daha sonra, yumurta, vanil cövhəri və südü qarışdırıb, blender qabındaki qarışımımızı əlavə edib qaşıqla qarışdırmağa davam edirik. Qatı, eynicinsli olmayan kütlə alınacaq. Sonra kütləni soba qabına əlavə edirik və gavalıları 4 yerə bölüb kəsiyi üzüaşağı olmaqla xəmirin üzərinə düzürük. Daha sonra, şəkər tozunun qalanını darçınla qarışdırıb, gavalıların üzərinə səpir və kərə yağının qalanını da əridib piroqun üzərinə gəzdirik. Sonra, piroqu 170 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişiririk. Nuş Olsun....


SHARE

About Unknown

0 yorum :

Yorum Gönder