Yemek Sergisi
Reseptlər və Mətbəx Dizaynı
Home » , » Limonlu Jele Pudinqi

Limonlu Jele Pudinqi

Written By Unknown on 18 Şubat 2016 Perşembe | 05:55

Tərkibi:
7 yemək qaşığı şəkər,
1 çay qaşığı vanilin,
2 dolu yemək qaşığı nişasta,
2 dolu qaşıq un,
2 yemək qaşığı hind qozu,

Limon sosu üçün:
1 yumurta sarısı,
1 şirniyyat qaqşığı kərə yağı,
1/3 çay qaşığı sarıkök,
1 su stəkanı limon suyu və su (yarı-yarıya),
4 yemək qaşığı şəkər,
1  şirniyyat qaşığı nişasta,

Yarım rəndələnmiş limon qabığı,

Arası üçün:
Biskivit,
Banan,


Hazırlanması:
İlk əvvəl, dərin bir qazana hind qozu, şəkər, un, nişastanı töküb qarışdırır və üzərinə süd əlavə edərək qarışdıraraq bişirməyə davam edirik. Kremə bənzər qatılıq əldə etdikdən sonra, vanili əlavə edərək ocaqdan aırıq. Hazır pudinqi qaba boşaldır və üzərinə biskivit, banan düzürük. Daha sonra soyuducuda 1 saat saxlayırıq. Eyni zamanda limon sousunu hazır etmək üçün, yağ xaric, bütün ərzaqları qazana tökür və əvvəlcə ocağı yandırmadan ərzaqları tamamən qarışdırırıq, sonra bişiririk. Qaynamağa başladıqdan 5 dəqiqəyə qədər az odda bişirin. Pudinqi soyuducudan çıxarıb, ilıq limon sosunu üzərinə töküb hər yerinə yayırıq və hazır etdikdən sonra, yenidən soyuducuda 2-3 saat saxlayırıq. Süfrəyə verməzdən əvvəl üzərini bəzəyə bilərsiniz. Nuş Olsun....

SHARE

About Unknown

0 yorum :

Yorum Gönder