Xəmir
Üçün.
1 kq. un,
İki su bardağı ilıq su,
1 ədəd yumurta,
Duz.
İçlik
Üçün.
İki ədəd quru soğan,
2 xörək qaşığı yağ,
Çüyüd, keşniş, kərəviz və istəyə görə digər göyərtilər,
Duz, istiot,
Yağlamaq üçün kərə yağı və yaxud da quyruq.
Hazırlanması.
İlk əvvəl xəmir yoğrulur və üzərini örtərək gözlədirik.
Daha sonra göyərtiləri yaxşı-yaxşı yuyaraq, xırda-xırda doğrayırıq. Sonra isə,
soğan doğranaraq 5-7 dəqiqə qovrulur və göyərtilərin üzərinə əlavə edilir.
Sonra xəmirimizdən parçalar qopararaq yumurtadan
bir az kiçik kündələr düzəldir və yayırıq. Sonra isə yayılmış xəmirimizin bir tərəfinə
içliyimizi (göyərti qarışımı) əlavə edir, digər tərəfini isə aypara formasında
olacaq şəkildə üzərinə qapayırıq. Daha sonra aypara şəkilli qutabımızı isti
sacda (tava da ola bilər) yağsız şəkildə qızardırıq. Qutabımız bişdikdən sonra
isə üzərini kərə ya da quyruq yağı ilə yağlayırıq.Nuş Olsun...
(Video Resept Üçün Aşağıdakı Linkə Keçin).
0 yorum :
Yorum Gönder