Toyuq
budu
Tərkibi.
4 ədəd iri toyuq budu,
1 yemək qaşığı xardal,
3 ədəd göbələk,
1 ədəd kök,
4 dilim holland
pendiri,
Yarim fincan duru yağ,
1 su stəkanı ilıq su.
Hazırlanması.
İlk
öncə, toyuq budarının sümüklərini çıxarırıq. Budları əzib incələşdiririk. Daha sonra üzərinə bir qaşıq xardal sürtürük.
Daha sonra göbələkləri əzmədən doğrayırıq və köklərin qabığını soyaraq dilimləyirik.
Sonra hazırladığımız göbələk və kökləri budların içinə doldururuq və holland
pendirini də üzərinə töküb rulon şəklində bükürük. Toyuq budları bişərkən
açılmaması üçün bir kürdanla (diş çöpü) ilə bağlayırıq. Sonra zeytun yağını
altı aynmayan tavanın içinə əlavə edərək qızdırırıq və budları da yağın içinə əlavə
edərək hər iki üzünü qızaranadək bişiririk.
Sonra
isə, qızarmış toyuqları fərqli bir qazana yığaraq, üzərinə bir stəkan su əlavə
edərək, vam odda toyuqlar və iç ərzaqlar da bişənədək bişirməyə davam edirik.
Qazandakı su tamamən quruduqdan sonra reseptimiz hazır olacaqdır.
(Video Resept Üçün Aşağıdakı Linkə Keçin) .
0 yorum :
Yorum Gönder