Yemek Sergisi
Reseptlər və Mətbəx Dizaynı
Home » , , » Gülkələmi Pudinqi (Hind Qozlu)

Gülkələmi Pudinqi (Hind Qozlu)

Written By Unknown on 1 Şubat 2016 Pazartesi | 06:14

Tərkibi
500 qr. gülkələmi,
100 qr. kərə yağı,
5 yumurta,
4 xörək qaşığı un,
400 ml. süd,
Duz,
Hind qozu- zövqə görə.

Hazırlanması.
İlk öncə gülkələmini yuyuruq və budaqlarını ayıraraq, duzlu suda 7-8 dəqiqə bişiririk. Sonra suyunu süzüb, gülkələmini bağlı qazanda saxlayırıq.
Sous üçün.
Bir başqa qazana kərə yağını əlavə edib əridir və un ilə bir birinə qarışanadək qarışdırırıq. Sonra südü qızdırıb, unlu qarışıma əlavə edərək çalırıq. Daha sonra vam odda sous qatılaşanadək 10-15 qədidə bişiririk. Sonra isə bir az duz, bir çimdik üyüdülmüş hind qozu da əlavə edərək ocaqdan alır və soyuduruq. Daha sonra yumurta sarılarısnı da əlavə edərək qarışdırırıq və bunun ardınca da yumurtanın ağını duzla yaxşı qarışdıraraq sousa tökürük. Daha sonra isə, sousun yarısını qazandakı gülkələminin üzərinə əlavə edirirk.

Sonra, sini qabı bitki yağı ilə yağlayaraq, gülkələmini içinə düzür və sousun qalanını da sinidəki gülkələminin üzərinə bərabər qaydada yayırıq. Sinini 180 dərəcə qızdırılmış sobaya daxil edərək, 30-35 dəqiqə bişiririk. Sobadan aldıqdan sonra, soyudur və süfrəyə veririk. Nuş Olsun......
(Video Resept Üçün Aşağıdakı Linkə Keçin).
Video Resept

SHARE

About Unknown

0 yorum :

Yorum Gönder