Yemek Sergisi
Reseptlər və Mətbəx Dizaynı
Home » , » Holland Pendirli Toyuq Resepti

Holland Pendirli Toyuq Resepti

Written By Unknown on 21 Ocak 2016 Perşembe | 04:29

Tərkibi:
1 kq quşbaşı doğranmış toyuq döşü,
2 ədəd quru soğan,
200 q göbələk,
4-5 ədəd yaşıl bibər,
2 ədəd pomidor,
1 yemək qaşığı pomidor tomatı,
2 çay qaşığı istiot,
2 çay qaşığı kəklik otu,
2 çay qaşığı qırmızı pul bibər,

150 qr. holland pendiri,
Yetərli qədər duz,
1 çay stəkanı duru yağ.

Hazırlanması.

İlk öncə, teflon bir tavaya yağ alıb isidirik. Üzərinə toyuq ətini əlavə edərək , ətlər suyunu çəkənə qədər qovurun. 2 ədəd quru soğanın qabığını soyaraq incə-incə doğrayıb qovrulmaqda olan ətlərin üzərinə əlavə edərək qızarana qədər qovurmağa davam edirik. Dha sonra, göbələkləri yuyub onu da ətin üzərinə əlavə edib,  qovururuq. Yaşıl bibərləri təmizləyib incə-incə, pomidorların qabıqlarını soyub kub şəklində doğrayırıq. Ətin üzərinə əlavə edərək bir neçə dəqiqə qovurmağa davam edirik. Sonra tomat,1 su stəkanı qədər qaynar su və ədviyyatları, duzu da əlavə edərək 5-6 dəqiqə qaynadırıq. Daha sonra bişən toyuq ətlərini ocaqdan alaraq uyğun bir soba qabına boşaldırıq. Üzərinə holand pendiri əlavə edərək əvvəlcədən 180 dərəcə qızdırılmış sobada qızarana qədər bişirərək isti halda servis edirik. Reseptin hazırlanması 40-50 dəqiqə vaxt alacaq və 4-5 nəfər üçün nəzərdə tutulmuşdur. 

Yemek Sergisi (Video Resept Üçün Bu Linkə Keçin). 

SHARE

About Unknown

0 yorum :

Yorum Gönder