Tərkibi.
Bir ədəd bütöv toyuq,
150-200 qr. qoz ləpəsi,
4-5 ədəd ortaboy soğan,
30 qr. alça ya da nar turşusu,
Duz, istiot.
Hazırlanması.
Əvvəlcə təmizlənmiş soğanı sürtgəcdən ya da ət
maşınından keçirərək, tənziflə suyunu sıxırıq. Daha sonra ət maşınından
keçrililmiş qoz ləpəsini və digər ədviyyatları soğanla qataraq ləvəngi qiyməsini
hazırlayırıq.
Sonra isə yuyub təmizlədiyimiz toyuğun üzərini duz
və istiotla istiotlayaraq, nar ya da alça turşusu ilə də içini və üzərini
turşulayırıq.
Növbədə isə hazırladığımız ləvəngi qiyməsini içərsini
boşaltdığımız toyuğun içinə doldurmaqdır. Sonra isə doldurduğumuz toyuğu sobaya
qoyaraq iki üzü də qızaranadək gzləyirik. Bişdikdən sonra uyğun gördüyünüz ədviyyatla
bəzəyərək süfrəyə verə bilərsiniz. Nuş Olsun......
(Video Resept Üçün Aşağıdakı Linkə Keçin).
0 yorum :
Yorum Gönder