Blinçik
Tərkibi
2 ədəd yumurta,
1 yemək qaşığı toz şəkər,
Yarım çay qaşığı duz,
2 su bardağı süd,
1.5 su bardağı un,
2 yemək qaşığı duru yağ.
İçlik
500 qr. qiymə,
Bir ədəd quru soğan,
Duz və istiot,
Duru yağ.
Hazırlanması
Bütün ədviyyatları hazır etdikdən sonra unu ələkdən
keçirməyiniz daha yaxşı nəticə verəcəkdir. Daha sonra tavanı isidib içinə duru
yağ əlavə edirik. Sonra bilinçik xəmirindən bir top götürüb, dairə şəklində
yayaraq hər iki tərəfini bişiririk. Doğradığımız soğan və qiymələri yağda
qovururuq. Daha sonra içliyimizə duz və istəyə bağlı istiot əlavə edirik. Bişmiş
xəmirlərimizin içinə yetərli qədər içlik qoyaraq, duru yağda silindir ya da
dördkünc formada bükürük. Bir qədər də bişirdikdən sonra, süfrəyə veririk. Nuş Olsun......
(Video Resept Üçün Aşağıdakı Linkə Keçin).
Video Resept
0 yorum :
Yorum Gönder